Fransada yerləşən Qois keçidi Noirmouter adasına gedir. Yolun qeyri-adi özəlliyi ondan ibarətdir ki, burada hər gün 2 dəfə suyun səviyyəsi yüksəlir. Yəni siz yolda maşınınız ilə səyahətdə olarkən, anidən su yüksələ və yolu itirə bilər.

Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu sözlər Yutub sosial şəbəkəsindəki "Maşın sürmək istəməyəcəyiniz 10 yol" adlı videodandır. Videoda bu yolların təhlükəli və qorxulu olmasından söz açılır:

Luxor Al Hurqada yolu, Misir

Bu yolun təhlükəli olmasının əsil səbəbi gecələr quldur və qaçaqların avtomobillərə hücum etməsidir. Bu səbəbdən gecə yolda qalan sürücülər diqqət çəkməmək üçün avtomobillərinin işıqlarını söndürürlər.

Tianmen dağ yolu, Çin

Tianmen milli parkının içindəki dağın yüksəkliyi 1279 metrdir. Eradan əvvəl 260-cı illərdə dağdakı bir mağaranın divarı dağılıb və hazırda bu dağ səmaya açılan qapıya bənzəyir. Dağa "Cənnət qapısı" mənasına gələn Tianmen adı verilib.

İnsana qorxulu hisslər yaşadan digər 7 yol haqqında videodan öyrənə bilərsiniz: