Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 3 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Unikal.org-un FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb
olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri
mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər.