Fövqqəladə Hallar Nazirliyinin əməkdaşı iki avtomobildə baş verən yanğını söndürüb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Hacıqabul rayonunda "QAZ" markalı yük avtomobilinin kabinə və mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Binəqədi rayonunda "Ford" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.-‹