Azərbaycanda sığorta bazarında ilk dəfə köməkçi xidmət fəaliyyətə başlayacaq. Yeni xidmət qəza baş verəndən sonra bir sıra prosesləri sürücünün yerinə həyata keçirəcək, qarşılığında isə avtomobil sahibi onlara rəsmi ödəniş edəcək.
Qəza törədib nəticələri ilə məşğul olmaq istəməyənlər üçün maraqlı bir xidmət təklif olunur. Bu hazırda Azərbaycanda tətbiq edilməsi düşünülən sığortada yeni servis xidmətin icrası ilə mümkün olacaq. köməkçi xidmət qəza törətmiş sürücünü istədiyi yerə çatdırmaq, avtomobilin evakuasiyasını təmin etmək hətta onun təmirini belə etdirib sahibinə qaytarmaq kimi məsələləri əhatə edir.
Unikal.org xezerxeber.com-a istinadən xəbər verir ki, xidmətdən istifadədə bir sıra məhduddiyyətlər də nəzərdə tutulub. Belə ki, gərək qəzada xəsarət alan olmasın və maddi zərər 1000 manatı keçməsin.
Sürücünün yerinə bir sıra prosesi icra edəcək yeni xidmət avtomobil sahiblərinə cəmi 200-250 manata başa gələcək və tərəflər arasındakı müqavilə ilə tənzimlənəcək.
Müqavilə öncədən bağlanacaq, lakin ödəmə belə hal baş verərsə hadisə baş verəndən sonra yerindəcə həyata keçiriləcək. Ekspertlər düşünür ki, yeni xidmətdən istifadədə xüsusi ilə vaxt sarıdan qıtlıq çəkən insanlar üçün əlverişli olacaq. Nəticədə sürücü nə rəsmi qurumlar nə də sığorta şirkətləri ilə təmasda olub vaxt itirməyəcəklər. Ekspertlər bunun sığorta şirkətləri ilə yaşanan mübahisələrə də son qoyacağı fikrindədir.