Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkənin son gündəmi olan jurnalist Xədicə İsmayılın azadlığa buraxılmasına dair açıqlama verib.
Unikal.org-un Ans Tv-yə istinadən məlumatına görə, O, Leyla və Arif Yunus, Xədicə İsmayıl və Rauf Mirqədirovun həbsinin Azərbaycanın siyasətinə adiyyəti olmadığını vurğulayıb.
Onların həbsdən azad olunmalarını isə Əli Həsənov belə izah edib: "Cənab Prezident indiyə qədər bu və ya digər hallara görə həbs olunan insanları böyük humanistlik nümayiş etdirərək əfv edir. Bunu qətiyyən beynəlxalq aləmin iradəsi və tələbləri ilə əsaslandırmaq olmaz".