"Düşünürəm ki, müdaxilə etməsəydik daha çox anti-Azərbaycan mövqeyi nümayiş oluna bilərdi".
Unikal.org xəbər verir ki, bu fikirləri Ans-in "Hesabat" verilişində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməçisi Əli Həsənov deyib. O qeyd edib ki, Rusiya hakimiyyətinin pozitiv təsir edə biləcəyi mətbuat orqanları Aprel ayındakı döyüşlərlə bağlı xəbərlərdə balansı qorudular:
"Bütövlükdə Rusiya hakimiyətinin nəzarəti altında olan KİV-lər və yaxud Rusiya hakimiyyətinin pozitiv təsir edə bikləcəyi mətbuat orqanları balansı qorudular. Hər iki tərəfin mövqeyini ifadə etdilər, göstərdilər. Moskvada yaşayan ermənilərin maddi dəstək göstərdikləri dairələr, KİV-lər, analitik mərkəzlər var. Onların nəzarəti altında hətta aparıcı televiziya kanallarında aparılcılq edən jurnalistlər var. Onlar bu balansı pozdular. Bununla bağlı biz Rusiya hakimiyyətinə, o cümlədən Rusiyada bu məsələlərə təsir edə biləcək istənilən struktura münasibətimizi bildiridik, narazılığımızı ifadə etdik. Bunlar da nəzərə alındı. Düşünürəm ki, müdaxilə etməsəydik daha çox antio-Azərbaycan mövqeyi nümayiş oluna bilərdi".