Ötən gecə Saatlı rayonunun Bəylik kəndində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar dəqiqləşib.
Unikal.org Publika.az-a istinadən xəbər verir ki, "Opel Vectra markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində vəfat edən şəxslərin sürücü, 1984-cü il təvəllüdlü Qəmbərov Şamo Səlamət oğlunun həyat yoldaşı Kəmalə Qənbərova ilə 1 yaşlı oğlu Raufun olduğu müəyyənləşib. Məlumata görə, sürücü Ş.Qənbərov VİB LTD şirkətində çalışır. O, ailəsi ilə rayona gedəndə dəhşətli qəza baş verib.
Qəzada dünyasını dəyişən körpənın fotosunu təqdim edirik: