Sabirabad rayonunun Qalağayın kəndində üç otaqlı ev yanıb. 

Unikal.org-un məlumatına görə, ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının qamışdan ibarət tavanı 60 m² sahədə və 1 otağının döşəməsi 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.