Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunda İrana gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.
Bu barədə Unikal.org-a DGK-dan məlumat verilib.
Məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən valyutanın olmadığını bildirib.
Yoxlama zamanı, onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 20 000 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.