Ağcabədidə 3 otaqlı yaşayış evi yandı.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Ağcabədi rayonunda ümumi sahəsi 72 m², qamışdan ibarət birmərtəbəli 3 otaqlı yaşayış olan tikili yanıb.

Yanğının kəşfiyyatı zamanı 1944-cü il təvəllüdlü Ələmşahova Şərəfnisə Xasay qızının meyiti aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.