Tovuzda qadın dərmandan zəhərlənib.
Unikal.org-un məlumatına görə, hadisə rayonun Qaraxanlı kəndində baş verib.
Kənd sakini, 1992-ci il təvəllüdlü Qarayeva Mehin Muradxan qızı evində yüksək dozalı təzyiq dərmanı qəbul edib. Nəticədə qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.