Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşına məxsus "VAZ 211440 markalı avtomobil saxlanılıb.

DGK-dən Unikl.org-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda - sağ ön oturacağın ayaqaltında düzəldilmiş xüsusi saxlanc yerində 20 ədəd üzərində "X-inova, 17 ədəd "Kgtel və 24 ədəd üzərində "Fuua yazılmış mobil telefonlar aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.