Qusarda sərxoş şəxs yıxılıb ölüb.
Unikal.org trend-ə stinadən xəbər verir ki, Qusar rayonunda yaşayan Rusiya vətəndaşı, 1971-ci il təvəllüdlü Balaşov Rasim Əbulferzoviçin meyiti yaşadığı evdən tapılıb.
Müəyyən edilib ki, Qusar rayon bazarında qəssab işləyən R.Balaşov axşam saatlarında alkoqol qəbul edərək sərxoş vəziyyətdə evinin pilləkənindən yıxılıb və başı beton döşəməyə dəyib. Nəticədə o, hadisə yerində ölüb.
Meyitin üzərində zorakılıq əlaməti aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.