Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə aviabilet satışı və turların təşkili ilə məşğul olan turizm şirkətinin ofisində qeydə alınıb.

Şirkət nümayəndəsi Lalə Ağayeva bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verdiyini bildirib.

Araşdırma zamanı məlum olub ki, ofisə gizli yolla daxil olan oğrular oradan iki ədəd noutbuk və bir ədəd mobil telefon götürüblər.

Faktla bağlı araşdlrma aparılır.