Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Unikal.org-un məlumatına görə, iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb.

Müzakirələrdən sonra bəzi dairə seçki komissiyalarına yeni üzvlər seçilib.

Sonra MSK-nın bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi məsələsi müzakirə olunub. Dəyişiklik texniki xarakterlidir.