“Fənərbaxça”nın yeni baş məşqçisi məlum olub.
Unika.org xəbər verir ki, Super Liqa təmsilçisi sabiq baş məşqçisi Ərsun Yanalı yenidən komandanın “sükanı arxasına” gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Türkiyəli mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
Ərsun Yanal 2013/14 mövsümündə "Fənərbaxça"nı çalışdırıb və həmin mövsüm “bülbüllər”i çempion edib.
“Fənərbaxça” hazırda turnir cədvəlində 15 turdan sonra 14 xalla 17-ci pillədə qərarlaşıb.