Portuqaliyada Təcili tibbi yardım helikopteri qəzaya uğrayıb.

Unikal.org-un məlumatına görə, "Agusta A109S" helikopterinin göyərtəsində olan 4 nəfər ölüb. Helikopter yerli vaxtla 01:30-da Valonqu bələdiyyəsində tapılıb.

Qəzaya səbəb əlverişsiz hava şəraiti olub, araşdırma aparılır.