İran Prezidenti Məsud Pezeşkian Əli Laricanini İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi vəzifəsinə təyin edib.
"Unikal" İRNA-ya istinadən xəbər verir ki, bu barədə Pezeşkian müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, Əli Laricani bundan əvvəl İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin müşaviri vəzifəsini tutub.