Azərbaycan kubokunda 1/4 final mərhələsində “Qarabağ” Azərbaycan kubokunun sonuncu qalibi “Keşlə”ni qəbul edib.

Unikal.org-un məlumatına görə, kubok matçının taleyini isə 1 qol həll edib. Rahil Məmmədovun 65-ci dəqiqədə vurduğu qol “Qarabağ”a minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı dekabrın 19-da və 20-də oynanılacaq.