Xəbər verdiyimiz kimi, Ərsun Yanalın "Fənərbaxça"nın baş məşqçisi təyin olunub.
Unikal.org Türkiyənin "A Spor" telekanalıxəbər verir ki, Yanala Azərbaycan millisini çalışdırmaq təklifi edilib. Bu təklifi ona AFFA edib. Amma türkiyəli mütəxəssis "Fənərbaxça" ilə çalışmağa üstünlük verib. Bu barədə Türkiyənin "A Spor" telekanalı məlumat yayıb.
Məsələ ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla Unikal.org-a açqalamasındə xəbəri təkzib edib:
"Yəqin ki, yenə hansısa menecerin uydurmasıdır. Konkret deyə bilmərəm ki, bu xəbərlər haradan çıxıb. Hələ ki, heç kimlə danışıqlar aparılmayıb".
Qeyd edək ki,2013-2014 mövsümündə də "Fənərbaxça"nı çalışdırmış Yanal, İstanbul klubu ilə 1,5 illik müqaviləyə imza atıb.