“Qarabağ”ın geri qaytarmaq istədiyi sabiq futbolçusu Reynaldo tibbi müayinədən keçəcək”.

Unikal.org xəbər verir ki, bu barədə jurnalistlərə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

Qurban Qurbanov bildirib ki, braziliyalı hücumçu ilə dekabrın 18-də danışıqlar aparılacaq və müvafiq qərar veriləcək.

Qeyd edək ki, Reynaldo 2013 - 2016-cı illərdə də "Qarabağ"da çıxış edib.