Bir müddət öncə ölkəsindəki daxili çaxnaşmalardan qaçıb Türkiyəyə sığınan 14 yaşlı suriyalı qız xəstəxanaya aparılarkən hamilə olduğu məlum olub. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı onun əri polisə ifadə verib. O ifadəsində “Suriyada 12 yaşından sonra evlənmək azddır” deyib.  
Hadisə Adana baş verib. 14 yaşlı Afre Mehlinin 8.5 aylıq hamilə olduğu ortaya çıxıb. 

Məlumata görə, 14 yaşlı Afre Mehli və 21 yaşlı Fedi Hacyusuf 1 il əvvəl evlənib. Onlar Suriyada 8 ildir davam edən müharibədən qaçaraq bir müddət öncə  Adanaya gəlib. 8,5 aylıq hamilə olan Afre Mehli özünü narahata hiss edən kimi xəstəxanaya aparılıb.  

Afre Mehli isə ifadəsində ata və anasının onu evləndirdiyi, Suriyada hrə kəsin kiçik yaşda evləndirilidyini söyləyib. Fedi Hacyusuf və ailəsi haqqında cinayət işi başladılıb.