21 illik həyat yoldaşıyla boşanmaq üçün məhkəməyə baş vuran  Necdet Ç həyatının şokunu yaşayıb. Uşaqları öz üzərinə almaq istədiyini bildirən ata həyat yoldaşının illərdi onu aldatdığını öyrənib.  

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 uşağın da gərçək atası olmadığını öyrənən zaman həyat yoldaşına 510 min TL-lik təzminat davası açıb. 
İstanbulda yaşayan cütlüyünün 21 illik evliliyini bitirmə səbəbi Necdet Ç-nin həyat yoldaşı İlkay.Y-nin iki il öncə evi tərk etməsi olub. 

Həyat yoldaşını geri qayıtması üçün bir müddət razı salamğa çalışan Necdet Ç. Buna nail ola bilmədiyi zaman boşanmaya qərar verib. Məhkəmə prosesi davam edərlən Necdet Ç. uşaqları vərəsəliyini öz üzərinə almaq istəyib.  

Uşaqlarını görmək üçün İlkay Y-nin evinə gedən Necdet.Ç-yə "uşaqlar səndən deyil, niyə onları istəyirsən” cavabı verilib. Boşanma gerçəkləşdiyində isə məhkəmə atanın 600 TL aliment ödəməsinə qərar verilib.  

Yenidən məhkəməyə baş vuran kişi atalıq iddiasını rədd edib və DNT testi tələb edib. DNT testinin nəticəsinə görə uşaqların heç birinin atasının Necdet Ç olmadığı ortaya çıxıb. O daha sonra 500 min TL-lik mənəvi, 10 min tl-lik maddi təzminat davası açıb.