“Beşikataş”ın qapıcısı Loris Karius Türkiyəli yazar Metin Haradan ayrıldığı iddia edilən  Adriana Limanı "İnstagram”da izləməyə başlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qapıcının izləmə istəyinə qarşılıq gecikməyib. A.Lima da onu izləməyə başlayıb.  Bu məsələ “Muge və Gulşenle 2-ci Sayfa” verilişdə müzakirə olunub.

İddiaya görə bu da Metin Haranı hərəkətə keçirib.  Türk yazar Limanın çıxacağı defiləni izləmək üçün onun yanına gedib.