“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino Premyer Liqada “Everton”u 6:2 hesabıyla məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Premyer Liqada çempionluq yaşamaq istədiyini deyib:
“Premyer Liqada çempion olmaq çətindir, ancaq bunu qazanmaq üçün çox çalışacağıq. Əsas favoritlər “Liverpul” və “Mançester Siti”dir. Sonra biz, “Çelsi”, “Arsenal” və “Mançester Yunayted” gəlir.
Futbolda əsas olan sabit oynamaqdır. Biz də sabit oynamağa davam etsək, çempionluğa əsas namizədlərdən olarıq. Ancaq hələ qarşımızda uzun yol var.
“Mançester Yunayted”lə adım çox hallanır. “Tottenhem” klubunun rəhbərliyi bu şayiələrdən narahatdır. Bu iddialarla bağlı danışa bilmərəm. Əsas diqqətimi bura yönləndirib, çempionluq üçün mübarizə aparmalıyam”.
“Tottenhem” Premyer Liqada 18 turdan sonra 42 xalla 3-cü pillədə qərarlaşıb.