"Cənubi Azərbaycanla bağlı qətnamə layihəsi inqilaba bərabər bir şeydir"
11:38 18-09-2012
CƏMİYYƏT
"Cənubi Azərbaycanla bağlı qətnamə
layihəsi inqilaba bərabər bir şeydir"
Qabil Hüseynli: "Bu, ən azından Cənubi Azərbaycanda milli-oyanış hərəkatına təkan verə, İranda siyasi
hakimiyyəti daim narahat edən amilə çevrilə bilər"
ABŞ Nümayəndələr Palatasının Nəzarət və təhqiqatlar alt komitəsinin sədri Dan Rorabaher növbəti dəfə Cənubi Azərbaycan məsələsi ilə gündəmə gəlib. Konqresmen Cənubi Azərbaycanın müstəqilliyinin dəstəklənməsini nəzərdə tutan qətnamə layihəsini Konqresə təqdim edib.
Politoloq Qabil Hüseynli bildirib ki, Cənubi Azərbaycan məsələsi indiki halda ABŞ-ın strategiyasında təzyiq xarakteri daşıyır. Onun sözlərinə görə, Cənubi Azərbaycan məsələsi ictimai şüurda qondarma erməni soyqırımı, Holokost soyqırımı və digər məsələlər kimi oturuşmayıb: "Eyni zamanda qanunvericilik orqanlarında məsələyə yanaşma ciddiyyəti digər məsələlər kimi deyil. Amma ideyanın Konqres səviyyəsinə qaldırılması bu məsələnin tarixində bir ilkdir. Cənubi Azərbaycanda birləşmə hərəkatının nəzəri və təşkilatı cəhətdən formalaşması üçün geniş perspektivlər açır. Qətnamə layihəsi Konqresdə müzakirə olunacaq. Amma onun qəbul edilməsi ehtimalı çox aşağıdır. Çünki, bu məsələ ABŞ-ın xarici siyasət kursu ilə üst-üstə düşmür. Bununla belə Cənubi Azərbaycan məsələsinin qaldırılması inqilaba bərabər bir şeydir. Məsələ qaldırılıbsa, deməli davamlı olaraq gündəmdə saxlanıla bilər. Ən azından Cənubi Azərbaycanda milli-oyanış hərəkatına təkan verə, İranda siyasi hakimiyyəti daim narahat edən amilə çevrilə bilər. Proses başlayıb, irəli doğru gedəcək".
Qətnamə layihəsi müəllifinin bir müddət əvvəl ermənipərəst addımları ilə gündəmə gəlməsinə gəlincə, Qabil Hüseynli bildirib ki, konqresmen ermənipərəst mövqedə olsa belə, bu onun indiki mövqeyinə kölgə salmır: "Ermənipərəst mövqe ABŞ-da populyar mövqelərdən biridir. Siyasətçilər bundan istifadə edərək siyasi çəkisini qaldırmağa çalışırlar. İndiki halda isə həmin konqresmeni Cənubi Azərbaycanla bağlı mövqeyinə görə, alqışlamaq lazımdır. O, bunu ABŞ-ın aparıcı mövqelərindən birinə çevirə bilər".
Deyn Rorabaherin qətnamə layihəsini Konqresə təqdim etməzdən əvvəl Azərbaycana səfər etməsi də birmənalı qarşılanmır. Bəzi ekspertlər hesab edir ki, bu rəsmi Tehranda Azərbaycanın sözügedən qətnamə layihəsini dəstəklədiyi ilə bağlı fikir oyada bilər. Qabil Hüseynli isə hesab edir ki, Azərbaycanın bu qətnamə layihəsinə dəstək vermiş olsa belə, bunda pis heç nə yoxdur: "İranın bu məsələdə Azərbaycandan şübhələnməsi nəyi dəyişir ki? İslanmışın yağışdan qorxusu yoxdur. Əgər söhbət milli taledən gedirsə, İran bizi deyil, özünü qınamalıdır. Söhbət 30 milyondan çox soydaşımızın ən adi hüquqlardan məhrum edilməsindən gedir".
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55