Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın əsas yollarında olan vəziyyətlə bağlı son məlumatı yayıb.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, hazırda Şamaxı-Pirqulu, Gədəbəy, Daşkəsən, Hacıkənd istiqamətlərində yollar buz bağlayıb. Şahdağ, Ləzə və Xınalıq istiqamətlərində isə yollar açıqdır.

Nazirlik dağlıq rayonlarda gecə və səhər gözlənilən şaxtalı hava şəraitilə bağlı sürücülərə diqqətli olmağı tövsiyə edib.