Göygöl şəhərində bıçaqlanma hadisəsi olub.

Unikal.org report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Elçin İlham oğlu Abbasov naməlum şəraitdə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi araşdırılır.

Daha əvvəl Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.