İndoneziyanın Sumatra və Yava adalarında baş vermiş sunami nəticəsində ölənlərin sayı 437 nəfərə çatıb.

Unikal.org  "Kyodo" agentliyinə istinadən xəbər verir ki, 14 minə yaxın insan xəsarət alıb.

Daha əvvəl 431 nəfərin öldüyü, 7,2 min insanın isə yaralandığı bildirilirdi.

Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyin məlumatına əsasən, 16 nəfər itkin düşmüş sayılır.