Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində yaşayış binasında yanğın baş verib. 

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Yanğın nəticəsində 7 nəfər ölüb, onlardan üçü uşaqdır. 

Yanğın söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır.