Almaniyada zəncirvari yol qəzası baş verib.
Unikal.org “Ren TV”yə istinadən xəbər verir ki, hadisə Şlezviq-Holstein əyalətindəki Eitxal şəhəri yaxınlığında qeydə alınıb.
Belə ki, qatı duman səbəbindən 6 avtomobil toqquşub. Nəticədə biri uşaq olmaqla 2 nəfər ölüb, 19 nəfər də xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.