"Türkiyədə 100 mindən artıq erməni yaşayır və onların yarısından çoxu vətəndaşımız deyil. İstəsək onları öz ölkəsinə qaytararıq".
Unikal.org xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniya Bundestaqının 2 iyunda qəbul etdiyi "soyqırım" qərarına növbbəti dəfə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Avropa və Almaniyadan fərqli olaraq biz həssas olmasaq bunların yarısını deportasiya edərik: "Avropalıların digər qaçqınlara etdiyi kimi biz də ermənilərə, Ermənistana gedin deyərik. Buradan Almaniyaya və bütün Avropaya təkrar mesaj vermək istəyirəm. Ya gündemimizdeki məsələləri ədalətli bir şəkildə həll edin ya da Türkiyə, Avropanın problemlərinin qarşısında götürdüyü öhdəlikdən çıxacaq, Avropanı dərtləriilə başbaşa buraxacaq".
Ərdoğan vurğulayıb ki, Almaniya və dünyanın harasına gedsəniz soyqırım dedikdə ağla ilk gələn ölkə Türkiyə deyil, məhz qərarı qəbul edən ölkə gəlir: "Almaniyanın Türkiyəyə bunu etməsində qarın ağrısı başqa. Türkiyə 3 milyon qaçqınlar ev sahibliyi edir. Qarın ağrısı əlbəttə başqa. Biz müsbət ayrı-seçkilik istəmirik. Biz riyakarlıq edilməsini istəmirik. Qarşımıza erməni "soyqırımı" məsələsini qoymayın. Cavan olun mənim ciğerimi yeyin".
[video=http://|
]