Mehriban Əliyeva adına Qızlar Məktəbinin açılışı olub
12:51 20-09-2012
CƏMİYYƏT
Mehriban Əliyeva adına Qızlar Məktəbinin açılışı olub
Yeni təhsil kompleksi Pakistanın Müzəffərabad şəhərində fəaliyyət göstərəcək
Pakistanın Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən 2007-ci ildə inşa edilərək 2012-ci ildə yenidən əsaslı təmir olunmuş Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva adına qızlar məktəbinin açılış mərasimi keçirilib.
Məlumata görə, mərasimdə Pakistanın təhsil naziri Sadıq Dar, informasiya və yayım naziri Bazil Nakvi, fövqəladə hallar katibi Sərdar Rəhim Xan, Millət vəkili Sədəf Şeyx, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, eləcə də media nümayəndələri iştirak ediblər.
Məktəbin açılışından sonra tədbir iştirakçıları məktəbin ərazisi, sinif otaqları, kitabxanası, laboratoriyası ilə tanış olub və məmnunluq ifadə ediblər.
Səfir Daşqın Şikarov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda və Pakistanda, həmçinin digər xarici ölkələrdə apardığı irimiqyaslı layihələr barədə ətraflı məlumatlar verib və adıçəkilən məktəbin ərazisinin genişləndirilərək əsaslı təmir olunduğunu diqqətə çatdırıb.
Səfir, həmçinin məktəbin 5 əlaçı şagirdinə Heydər Əliyev Fondu tərəfindən aylıq təqaüdlərin ayrıldığını da bildirib.
Pakistanın təhsil naziri Sadiq Dar 2005-ci ildə baş vermiş zəlzələdən sonra Azərbaycanın Pakistana yardım edən ilk ölkələr sırasında olduğunu qeyd edib və təbii fəlakət zamanı dağılmış 150 nəfərlik məktəbin yerində 500 nəfərlik müasir məktəbin inşa olunduğunu vurğulayıb. Sadiq Dar görülən işlərə görə Mehriban xanim Əliyevaya dərin minnətdarlığını bildirib və Azərbaycanın birinci xanımının Pakistan xalqına və xüsusən də uşaqlara göstərdiyi qayğını yüksək dəyərləndirən Pakistanın rəsmi dövlət orqanları tərəfindən bu məktəbə məhz Mehriban Əliyevanın adının verilməsi barədə qərarı iştirakçıların diqqətinə çatdırıb.
Tədbirin sonunda hər bir şagirdə Heydər Əliyev Fondunun adından məktəb ləvazimatları ilə dolu çantalar, səfirlik tərəfindən İslamabadda dərc edilmiş kitablar və iki ədəd kompüter hədiyyə edilib.
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55