
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parkinson xəstəliyindən həyatını itirən əfsanəvi boksçu Məhəmməd Əli üçün şəxsi "Twitter" hesabından mesaj paylaşıb.
Unikal.org Musavat.com-a istinadən məlumat verir ki, prezident Ərdoğan Məhəmməd Əlinin dünyasını dəyişməsi ilə bağlı bunları yazıb: "Dünən əbədiyyətə qovuşan Məhəmməd Əli milyonların qəlbini fəth edən böyük bir idmançı və gözəl insan idi".
Məşhur idmançının daim irqçiliyə qarşı vuruşduğunu qeyd edən Türkiyə dövlət başçısı yazıb: "Məhəmməd Əlinin ömrü boyu irqçiliyə və ayrı-seçkiliyə qarşı verdiyi azadlıq mübarizəsi heç zaman unudulmayacaq".
Sonda R.T.Ərdoğan "Əzmi, cəsarəti, qərarlılığı bütün insanlığa ilham qaynağı olan Məhəmməd Əliyə Allahdan rəhmət diləyirəm" deyə qeyd edib.
