Niderland 1915-ci il hadisələrini "soyqırım" kimi qəbul etməyəcək.
Unikal.org Anadolu agentliyinə istinadən məlumat verir ki, bu bəyanatla radioefirdə krallığın baş nazirinin müavini Lüdovik Aşer çıxış edib.
Aşer bildirib ki, 2004-cü ildə parlamentdə qəbul edildiyi kimi, krallıq bu hadisələrlə bağlı "problem" ifadəsini işlətməkdə davam edəcək.
Xatırladaq ki, iyun ayının 2-də Almaniya parlamenti 1915-ci il hadisələrini qondarma "erməni soyqırımı" kimi tanıyan qətnamə qəbul etdib.