Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Siyəzən rayonu, Zarat kəndində 1 nəfərin qayalıq ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Unikal.org FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı hündürlüyü 30 metr olan qayalıq ərazidən endirib və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 16.25-də başa çatıb.