Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər və şəhid ailələrinin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün nəzərdə tutulan müddət 10 il artırılıb.
Unikal.org-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.
Qeyd edək ki, 2014-cü ildə imzalanmış sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Prezidenti ilə razılaşdırmaqla həyata keçirmək tapşırılmışdı. Dəyişikliyə əsasən bu müddət 2014-2028-ci illəri əhatə edəcək.
Əlil və şəhid ailələri daha 10 il mənzillə təmin olunacaqlar - SƏRƏNCAM

22:44 25-01-2019
CƏMİYYƏT
Digər Xəbərlər
2025-02-19 18:46:33

2025-02-19 18:14:14

2025-02-19 17:43:59

2025-02-19 17:37:46

2025-02-19 17:28:53

2025-02-19 17:20:00

2025-02-19 17:08:40

2025-02-19 17:05:07

2025-02-19 16:43:31

2025-02-19 16:21:00

2025-02-19 16:06:32

2025-02-19 16:03:04

2025-02-19 15:41:00

2025-02-19 15:32:46

2025-02-19 15:31:39

2025-02-19 15:29:07

2025-02-19 15:06:40

2025-02-19 15:02:45

2025-02-19 14:45:23
