Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu Elçin Qasımovun cənazəsi Azərbaycana gətirilib.
Unikal.org report-a istinadən xəbər verir ki, E.Qasımov Bakının Yasamal rayonu ərazisində yerləşən “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində mərhumun ailə üzvləri, deputatlar iştirak edib.
Mərhumun 3 mərasimi yanvarın 28-də Heydər məscidində keçiriləcək.
Qeyd edək ki, bir neçə gün öncə, E.Qasımov İsveçrədə kanata minərkən təzyiqi qalxıb və halı pisləşib. O, həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.