
Yəmənin mühasirədə olan Taiz şəhərinin son iki gün ərzində atəşə tutulması nəticəsində ən azı 45 nəfər həyatını itirib.
Unikal.org xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları nümayəndələrinə istinadən "Associated Press" məlumat yayıb.
Agentliyin məlumatına görə, artilleriya atəşinə şəhərin yaşayış məhəllələri məruz qalıb. Onlarla ailə təxliyə edilib.