
İraqın "Xalq könüllüləri qüvvələri" İŞİD terror qruplaşmasının nəzarəti altında olan Əl-Fəlluca şəhərinin şimalında 400 hərbçi qalığının olduğu kütləvi məzarlıq aşkar olunub.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə bazar günü "Əs-Sumariyə" telekanalı məlumat yayıb.
Məzarlıq Əl-Fəlluca şəhərindən bir neçə km şimalda yerləşən Əs-Saklaviyə yaşayış məntəqəsi ətrafındadır və yalnız ötən gün terrorçulardan azad edilib.
Telekanalın məlumatına görə, cəsədlər İraq ordusunun 53-cü briqadasının 10-cu batalyonunun döyüşçülərinə məxsusdur.