“Əminəm ki, yaz sessiyasında Milli Məclisin qanunvericilik fəaliyyəti yüksək olacaq. Milli Məclis Prezident İlham Əliyevin yüksək səviyyədə apardığı daxili və xarici siyasətini dəstəkləmək üçün əlindən gələni edir”.
Unika.org xəbər verir ki, bunu Milli Məclisin 2019-cu il yaz sessiyasının ilk plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
Onun sözlərinə görə, parlament bu istiqamətdə qanunverici fəaliyyətini artırıb: “Milli Məclisin əldə etdiyi uğurlar bu sessiyada da davam etdiriləcək”.
Spiker iclasıda deputatlara diqqətli olmaqları barədə xəbərdarlıq edib: “Hələ sessiyaya bu gün başlamışıq. Zalda 115 nəfər var. Amma səsvermədə diqqətli deyilsiniz və iştirak etmirsiniz. Xahiş edirəm, diqqətli olun”.