Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov Ağdaş rayonunda görüşlərini davam etdirir. Bu qəbildən olan növbəti görüş Ağdaş rayonunun Qaradağlı kəndində yaşayan sakinlər ilə oldu. 

Unikal.org xəbər verir ki, görüşdə millət vəkili Cavid Osmanov çıxış edərək son illər ərzində cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən söhbət açdı. Bildirdi ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, ölkəmiz müstəqil siyasət apararaq Azərbaycan xalqının maraqlarını müdafiə etsin. Keçən il iqtisadi inkişaf baxımından respublikamız üçün uğurlu bir il olmuşdur. Ölkəmizdə beynəlxalq layihələrlə yanaşı ölkə daxilində həyata keçirilən sosial, aqrar və sənaye layihələrinin də uğurla icra edildiyi görüş iştirakçılarının diqqətinə çatdırıldı. Ağdaş rayonunda da genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını qeyd edən Cavid Osmanov bütün bunların ölkə başçısının Ağdaşa olan xüsusi diqqət və qayğısından irəli gəldiyini vurğuladı. Ağdaş rayonunda aqrar sahənin son illər daha da canlandığını və insanların əkin-biçin işlərinə marağının artamsını, eləcə də dövlətin kənd adamlarına, fermerlərə verdiyi güzəştlər də xüsusilə qeyd olundu.

Millət vəkili Cavid Osmanov onu da qeyd etdi ki, son vaxtlar anti-Azərbaycan dairələrin ölkəmizə qarşı qarayaxma kampaniyaları aparmaq cəhdləri müşahidə olunmaqdadır. Həmin dairələr bu iyrənc kampaniyalarında isə özünü müxalifət adlandıran, əslində isə radikal və destruktiv mövqe tutmuş anti-milli şəxslərdən istifadə edirlər.  Sosial şəbəkəlrdə Azərbaycan həqiqqətlərinə kölgə salmağa çalışan bu adamlar xalq tərəfindən qəbul edilmir və sadəcə xalqımız belələrinə nifrət bəsləyirlər.

Görüşdə çıxış edən kənd sakinləri Xaləddin Lətifov, Əli Musayev, Həmidə Əliyeva, Ağakişi Umudov, Söhrab İsgəndərov və Sayəddin Behbudov bildirdilər ki, ölkəmiz durmadan inkişaf edir, insanların sosial rifahı ildən ilə daha da yaxşlaşır. Sabitliyin, ictimai asayişin və əmin-amanlığın bərqərar olduğu bir ölkədə yaşamağın özünün böyük bir xoşbəxtlik olduğunu qeyd edən görüş iştirakçıları vurğuladılar ki, bütün bunlar cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi düşünlmüş uğurlu siyasətin nəticəsidir. Ağdaşlılar da hər zaman bu siyasətə dəstəkdirlər və bundan sonra da dəstək olacaqlar.