Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Unikal.org “Report”a istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Habil Həsənov vəzifəsindən azad edilərək, Nəsimi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.
Nəsimi Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Vüsal Axundov vəzifəsindən azad olunaraq Binəqədi Rayon Polis İdarəsi rəisinin müavini təyin edilib.