Bakının “Xətai” metrostansiyasında təmir tikinti işləri sürətlə davam edir. Çəkiliş zamanı metropoliten işçiləri tərəfindən ərazidə gərgin iş prosesini müşahidə etdik.

Unikal.org Realtv.az-a istinadən xəbər verir ki, stansiyanın 50 ildir fəaliyyət göstərən binası, platforması eyni zamanda Xətai-Cəfər Cabbarlı mənzilində əsaslı təmir yenidənqurma işləri aparılır.

Qurumun rəsmisi eyni zamanda paytaxtın Ceyhun Səlimov küçəsində yeni tikilən metro stansiyasının inşasından da danışdı.

O qeyd etdi ki, stansiya 2020-ci ilədək hazır vəziyyətdə tikilib sərnişinlərin istifadəsinə veriləcək.