İtaliya polisi Suriyaya gedib İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının tərəfində vuruşmaq niyyətində olan ölkə vətəndaşını saxlayıb.
Unikal.org xarici mediaya istinadən bildirir ki, saxlanılan qadın terrorçuluq məqsədilə adamları ələ almaqda da şübhəli bilinir.
Breşiyada yaşayan qadının əri tunislidir və 2010-cu ildə onunla İslam ənələrinə uyğun evlənib. 2015-ci ildə isə münasibətlərini rəsmiləşdiriblər.
30 yaşlı italiyalı qadın ərinin xətrinə İslam dinini qəbul edərək üzünü tam bağlayıb. Müstəntiqlər qadını və onun ərini sosial şəbəkədəki monitorinq sayəsində müəyyənləşdirə biliblər. Müsəlmanlığı qəbul edən qadın özünün Facebook səhifəsində Suriyaya döyüşməyə getmək arzusunda olduğunu yazıb. İtaliyalı qadının saxanılan əri yaşamaq üçün razılıq verilməsini gözləyib, ancaq Daxili İşlər Nazirliyinin qərarı ilə İtaliyadan çıxarılıb və 10 il müddətində ona bu ölkənin sərhədini keçmək qadağan edilib.