Musa Qasımlı Türkiyədə İzmirin qurtuluşundan məruzə edəcək
16:44 25-09-2012
CƏMİYYƏT
Musa Qasımlı Türkiyədə İzmirin qurtuluşundan məruzə edəcək
Azərbaycan-Türkiyə qardaşlığı və dostluğunun qədim, zəngin tarixində mühüm səhifələrdən birini 1922-ci il sentyabrın 9-da İzmirin düşmən işğalından qurtuluşunun Azərbaycanda bayram edilməsi təşkil edir.
Tarixdən məlumdur ki, hələ Birinci dünya müharibəsi illərində çarizm zülümü altında yaşamalarına baxmayaraq, azərbaycanlılar xəlvəti yolla Çanakkalada türk qardaşlarına yardıma gediblər. 1918-ci ildə Nuru Paşa komandanlığında Bakı şəhəri Qafqaz İslam Ordusu tərəfindən düşməndən azad edilib. Azərbaycanlılar Atatürk liderliyində türk xalqının istiqlal savaşına maddi və mənəvi yardım ediblər.
O zaman İzmirin düşmən işğalından azad edilməsi Bakıda da bayram edilib. Bakı küçələrində bayraqlar və Mustafa Kamal Paşanın rəsmləri asılıb. Azərbaycan hökumətinin başçısı Nəriman Nərimanov türk xalqını və hökumətini təbrik edib. 1922-ci il sentyabrın 13-də Azərbaycan SSR xalq xarici işlər komissarı Qəzənfər Musabəyov, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu, digər rəsmi şəxslər - Əliheydər Qarayev, Mirbəşir Qasımov, Çingiz İldırım Türkiyənin Bakıdakı nümayəndəliyinə gələrək diplomatik nümayəndə Memduh Şövkət Esendalı təbrik ediblər.
Həmin günü azərbaycanlılar digər şəhərlərdə də bayram ediblər. Tiflisdə yaşayan azərbaycanlılar bayraqlarla şəhər küçələrinə çıxıblar. Evlərinin balkonlarından türk bayraqlarını asıb, qurban kəsiblər.
Bunlar Azərbaycan-Türkiyə qardaşlığının qürurverici səhifələrindən biridir.
Sentyabrın 26-28-də İzmirdə Türkiyə, Rusiya, İran, Gürcüstan, Ukrayna və digər ölkələrin nüfuzlu tarixçilərinin iştirakı ilə keçiriləcək beynəlxalq simpoziuma Azərbaycan tarixçisi, millət vəkili professor Musa Qasımlı da qatılacaq.
M.Qasımlı İzmirin düşmən işğalından xilas edilməsinin sovet mətbuatında əks olunması, Bakıda Azərbaycan SSR hökuməti və Azərbaycan xalqı, Tiflisdə isə azərbaycanlılar tərəfindən coşqu ilə bayram edilməsi barədə ən mötəbər mənbələr əsasında məruzə edəcək. Məlumatı deputatın köməkçisi Tural Qənbərov verib.
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33