Daxili İşlər Nazirliyinin (DİN) yüksək rütbəli əməkdaşı işdən çıxarılıb.
Unikal.org ONA.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Fuad Məmmədli tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
Qeyd edək ki, Fuad Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.