Pakistan hakimiyyəti əsir götürülmüş hindistanlı pilotu azadlığa buraxıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, pilot Abhinandan Varthaman Hindistan səfirliyinin nümayəndələrinə təhvil verilib. Daha sonra sərhəd-keçid məntəqəsindən Hindistan ərazisinə keçib. 

Xatırladaq ki, fevralın 26-da Hindistan Hərbi Hava Qüvvələrinin 12 “Mirage-200” təyyarəsi Pakistan sərhədini 80 kilometr keçərək Balakot yaşayış məntəqəsi rayonunda “Ceyş-ə-Məhəmməd” qruplaşmasının düşərgəsinə hava zərbəsi endirmişdi. 

Bundan sonra Pakistanın Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki Hindistan təyyarəsini vurmuşdu. Təyyarələrdən biri Pakistanın nəzarətindəki Azad Cammu və Kəşmir əyalətinin ərazisinə düşmüş, pilot isə əsir götürülmüşdü.