"Rusiya Türkiyədən meyvə və tərəvəz idxalına tam qadağa qoymaq niyyətində deyil".
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Kənd Təsərrüfatı Məhsullarına Federal Nəzarət Xidmətinin rəisi Sergey Dankvert bəyan edib.
"Biz qabağımıza belə bir məqsəd qoymamışdıq. Lakin fitosanitar cəhətdən hər hansı təhlükə üzə çıxsa, təbii ki, bu yoxlanılacaq. Biz özümüz Türkiyəyə xeyli məhsul göndəririk. Yeni-yeni məhdudiyyətlər nəyə lazımdır? Biz işləməliyik", deyə S.Dankvert bildirib.
Onun sözlərinə görə, hazırda Türkiyə Rusiyaya limon və qreypfrut daxil olmaqla, bir neçə meyvə və tərəvəz məhsulu idxal edir.