Nobel mükafatı laureatı, akademik Jores Alferov Sankt-Peterburqda vəfat edib.

Unikal.org-un məlumatına görə, bunu RİA Novosti-yə onun həyat yoldaşı bildirib.
 
Xəbərə görə, 88 yaşlı akademik ötən il noyabrın sonundan xəstəxanaya yerləşdirilmişdi. 
 
Qeyd edək ki, Jores Alferov 15 mart 1930-cu ildə Vitebsk şəhərində anadan olub. O, Nobel mükafatına 2000-ci ildə yarımkeçirici texnikalar sahəsində tədqiqatlarına görə layiq görülüb. Alferov Rusiya tarixində Nobel mükafatı almış dörd nəfərdən biridir. Alim, həmçinin Rusiya Dövlət Dumasının altı çağırış deputatı olub.
 
J.Alferov 1991- 2017-ci illərdə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti olub.